O, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmuş, bir saatadək təkbətək danışıqlar aparmışdı
Azerbaijan Servisi/Aran Agentliyi
Rusiyanın yeni prezidenti Dmitrii Medvedevin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb. Bir qədər əvvəl o, Bakını tərk edib. Rusiya dövlət başçısının təyyarəsi Aşqabada istiqamət götürüb. Xatırladaq ki, D.Medvedev Bakıya iyulun 3-də gəlmişdi. O, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmuş, bir saatadək təkbətək danışıqlar aparmışdı. Daha sonra geniş tərkibdə keçirilmiş danışıqların yekunqlarına görə, Azərbaycan və Rusiya Prezidentlərinin birgə bəyannaməsi, eləcə də iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair bir çox sənəd imzalanmışdı. Günün sonunda Dmitrii Medvedev Heydər Əliyev Fondunda olmuşdu, Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət etmişdi.