Xəbər Lenti

Azərbaycanda ictimai rəy Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarından xəbərsizdir

İmamlar (ə) anasının şəhadəti münasibəti ilə baş sağlığı

Yəmən Səudiyyə Ərəbistanının cənubuna raket yağdırıb

Rza şahın zibilliyə gömülmüş hakimiyyətini İlham Əliyev hakimiyyəti diriltməyə çalışır

20 YANVAR faciəsindən 29 il keçir

"Siyasi məhbuslara azadlıq!" mitinqdən - Fotolar

Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi

Vəkil: Mehman Hüseynov ona olan dəstəyin miqyasından duyğulandı

Bakıda müxalifət mitinq keçirdi

ISESCO 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

Arxiv
 
Tarix : 2018 sen 12     |     Kod : 56383

Gürcüstanda çadra yasağına etirazlar başladı

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov Gürcüstanda çadra və niqabdan istifadənin qadağan olunması təklifinə etiraz edib.

Arannews-Bir neçə gün öncə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə “Patriotlar alyansı” fraksiyasının üzvü Emzar Kvitsiani çıxış edib.

Onun verdiyi təklifə əsasən, Gürcüstanda ictimai yerlətdə çadra (çarşab) və niqabdan istifadənin qadağan olunması və əməl etməyənlərin isə pulla cərimələnməsidir.Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov bununla bağlı bəyanat verib, bəyanatda deyilir:“Bəzi Avropa ölkələrindən təsirlənib əssasız arqumentlər gətirən bu şəxs bilməlidir ki:Yaradanın əmri olan örtünmək tək İslamda deyil bütün dinlərdə mövcuddur. Çadraya bənzər geyim tərzinə elə xristian və yəhudi dinlərində də rast gəlinir. Parlamentin qanun qəbul edib tək bir dində olan örtük tərzinə qadağa qoyması necə haqlı hesab oluna bilər?Gürcüstana yaxın ölkələr vətəndaşlarının və ölkədə qonaq olan turistlərin böyük bir hissəsi müsəlmandır. Onların qadınlarının da müəyyən hissəsinin geyim formasında niqab və çadra vardır. Çadraya qadağa qoyulduğu zaman ölkə onların inanc və şəxsi seçim hüquqlarını pozmuş olmazmı? Bir halda ki, ölkəmizdə açıq-saçıq gəzənlərə sərbəstlik hüququ tanınıb.Kəlağayının, yaylığın, örpəyin, yemşəyin, baş örtüyünün mövcud olduğunu ölkəmiz yeni kəşf etmir. Bu ta qədimdən ana-nənələrimizin geyim tərzində rast gəlinilibdir. Bir zamanlar sovetlər dövründə cəhalət kimi təqdim olunaraq, tənqid edib mübarizə apardılar. İndi isə demokratik, din və vicdan azadlığının hökm sürdüyü ölkədə belə qanun qəbul olunarsa insan haqlarından söz gedə bilərmi?Marixuananın leqallaşmasını tələb edən belə bir şuar deyirdi: “Mənim bədənim mənə aiddir”. Bu məsələdə həmin şüar açıq-saçıq olmağa keçərli olduğu halda örtünənlərə nədən şamil olmur?.Biz demirik İslamda qadınların çadra geyməsi və niqablı olması qəti şərtdir. Qadın üçün vacib olan – hicab şərtlərinə cavab verən libas geyinməkdir. Hicab qadının örtünməsi vacib olan bütün bədən üzvlərini tam örtməli, şəffaf olmamalı, bədənə kip yapışacaq dərəcədə dar olmamalı və nəzər-diqqəti cəlb edəcək qədər əlvan və cəlbedici olmamalıdır. Bu şərtlərə cavab verən hər cür geyim şəriətdə məqbuldur.Lakin ziyarətgahlarda, ibadət yerlərində və xüsusi mərasimlərdə çadradan istifadə olunur. Bəzən də müəyyən xanımlar yuxarıda sadaladığımız şərtlərə ən kamil şəkildə cavab verən libas növü çadra olduğunu düşünüb ona üstünlük verirlər.Əgər bir insan hesab edirsə ki, o, hicablı olmaq üçün çadrada gəzməlidir, bu, onun hüququdur. Hicab bizim İslam dinimizdən irəli gələn, bizim inancımıza daxil şərtlərdən biridir. Ona görə də hicaba qarşı hər hansı təzyiqləri normal hesab edə bilmərik.Tolerantlığın hakim olduğu dövlətimizdən bu olduqca həssas məsələdə diqqətli olmasına, müsəlman xanımların inanc və seçimlərinə hörmətlə yanaşmasına və ölkə parlamentini hicabın bu növünə qadağa ilə bağlı qanunun qəbul etməməsinə çağırırıq.”(maide.az)


Açar sözlər : 

Yazılıb da (də)   2018 sen 12  Saat  11   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin