Tarix : 2019 Sep 02
Kod 56384

 Salam olsun sənə, ey Əba Abdullah Hüseyn (ə)! 

Məhərrəm ayının birinci ongünlüyü

Hicri-qəməri tarixi ilə 61-ci il məhərrəm ayının əvvəlindən onuna kimi tarixdə misli görünməyən hadisələr baş verdi.
Birinci gün: Müslim ibn Əqil (ə);
 İkinci gün: İmam Hüseyn (ə) karvanının Kərbəlaya daxil olması;
 Üçüncü gün: Həzrət Rüqəyyə (ə);
 Dördüncü gün: Həzrət Hürr (ə) və səhabələr (ə), Zeynəbin oğlanları (ə);
 Beşinci gün: Səhabələr (ə) və Abdullah ibn Həsən (ə);
 Altıncı gün: Qasim ibn Həsən (ə);
 Yeddinci gün: Susuzluq rövzəsi, Əli Əsğər (ə);
 Səkkizinci gün: Həzrət Əli Əkbər (ə);
 Doqquzuncu gün: Tasua, həzrət Əbəlfəz (ə);
 Onuncu gün: Aşura, İmam Hüseyn (ə), həzrət Zeynəb (ə) və şami-qəriban
 On birinci gün: Karvanın Kərbəladan çıxması;
 On ikinci gün: Karvanın Kufəyə daxil olması;
 On üçüncü gün: İmam Səccad (ə) və Zeynəb Kubranın (ə) Kufədə və Şam yolunda müsibətləri;
Dördüncü və beşinci günlər qədim ənənəyə uyğun olaraq səhabələrə aid rövzə oxunurdu. Lakin son illərdə bu iki gün həzrət Zeynəbin oğlanları (ə) və Abdullah ibn Həsənin (ə) rövzəsi oxunur. İran, Azərbaycan və digər İslam ölkələrində şiələr hər il Aşura hadisəsini uca tutur, zülm, imperializm əleyhinə səslərini ucaldırlar.

 Salam olsun sənə, ey Əba Abdullah Hüseyn (ə)! 

 

  • Yazılıb
  • da (də) 2019 Sep 02
  • Göndərən مدير سايت Aran News