Tarix : 2018 Sep 13
Kod 56387

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Bu barədə "Hürriyet" qəzeti yazıb.

Arannews-Məlumata görə, CHP-nin rayon rəhbərləri iclasındakı çıxışında Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyip Ərdoğan barəsində nalayiq ifadələrə yol verib. Bu səbəbdən onun barəsində 250 min lirəlik təzminat ittihamı irəli sürülüb.Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik isə mövzu ilə bağlı deyib ki, Kılıçdaroğlunun istəyi əsasında ona qarşı ittiham irəli sürülüb: "Cinayət işi açın, mən bunu isbat edəcəyəm deyirdi. İttiham irəli sürdük, sübut elə, görəcəyik".

  • Yazılıb
  • da (də) 2018 Sep 13
  • Göndərən مدير سايت Aran News