Tarix : 2018 Sep 13
Kod 56389

Elmar Vəliyevin Şah Abbas məscidinə təyin etdirdiyi axund və etdikləri - Məqalə

Azərbaycan xalqı əsrlərdir ki, Peyğəmbərimizə (s) və Əhlibeytinə (ə) ehtiram edir. Xalqımız milli və mənəvi dəyərlərini həmişə uca tutmağa çalışıb.

Arannews-70 il SSRİ-də olsaq da insanlarımız İslam dinindən ayrı düşməyib. Bu gün Azərbaycanda istər şiə müsəlmanları, istərsə də sünni müsəlmanları vəhdət şəklində yaşayırlar.Düzdür bəzi təkfirçi və radikallar bir çox ölkədə olduğu kimi bizdə də mövcuddur.İllərdir ki, ölkəmizdə fəaliyyət göstərən din xadimləri şiə və sünni müsəlmanları vəhdətə səsləyirlər.Bunun nəticəsidir ki, Məhərrəm ayında bəzi sünni müsəlmanları da İmam Hüseyn (ə) şəhadətinə görə matəm saxlayırlar.Ölkəmizin paytaxtı Bakı şəhərində və digər şəhərlərdə, rayonlarda, kəndlərdə hər il məscidlərdə matəm mərasimləri təşkil olunur. Matəm mərasimlərinə qatılan insanların çoxluğu onu göstərir ki, bu xalq hələ də dəyərlərinə sahib çıxmağı bacarır.Son illər inanclılara qarşı aparılan təzyiqlərə baxmayaraq radikallaşma meyillərinin olmasını demək əsassızdır. Çünki inanclılar bu gün də qəbul edirlər ki, hətta hansısa hüquqlar pozulsa da buna qarşı mübarizə sivil qaydada olmalıdır.Məsələn Gəncə şəhərində yaşayan inanclılara nəzər salsaq görərir ki, istənilən provakasiya cəhdlərinə baxmayaraq bu gün insanlar sivil qayda da məscidlərə gedir və ibadətlərini edirlər.Məmur özbaşınalığı Azərbaycanın demək olar ki, hər yerində mövcuddur. Əlbəttə ki, məmurlar xalqa qarşı özbaşınalıq etdikdə bu həm də təmsil etdikləri iqtidara qarşı mənfi münasibət yaradır.Gəncədə illərdir ki, insanlar hər il Aşura yürüşlərinə qatılır və sivil qayda da əzadarlıqlarını edirdilər.Lakin sabiq icra başçısı Elmar Vəliyevin Gəncəyə gəlməsindən sonra ölkənin ikinci böyük şəhərində inanclılara qarşı təzyiqlər artmışdı.Kiçik misal olaraq bunu göstərə bilərik ki, Gəncədə Qazaxlar məscidində axund olan və meyidyumaq işləri ilə məşhurlaşan Rahil adlı şəxsin qədim Şah Abbas məscidinə təyin olunması bundan sonra inanclılarda mənfi reaksiyalara səbəb oldu.İllərdir ki, Şah Abbas məscidinə toplaşan inanclıların sayı günü-gündən azaldı.Artıq insanlar bu məsciddə belə bir şəxsin axund olmasına etiraz olaraq gəlməməyə başladılar.Qazaxlar məscidin şəxsi obyekti kimi işlədən Rahil əldə etdiyi qazancda məscid üçün xərcləməyi düşünməyib. Təsadüfi deyil ki, yeni icra başçısı məhz onun illərlə axundu olduğu məscidi təmirə saxladı. Çünki məscidi bərbad vəziyyətdə saxlamışdı.Məscidin həyətində meyit maşınları saxlayıb icarəyə verən Rahil, mollalara haqq qoymağı və mağar kirayəsi biznesilə də ad çıxardıb.Heç bir problemi böyüklük göstərərək həll etməyib, əksinə onlarla adam haqqında polisə yazılı şikayət edərək özünə qarşı daha çox qıcıq yaradıb. Elmar Vəliyevin vaxtında ən böyük arzusu isə Hacı Tahirin yerinə keçərək Gəncəbasarın qazisi olmaq idi.Bu gün Elmar Vəliyev vəzifəsindən azad olunsa da sözügedən şəxs hələ də məscidinin axundu olaraq qalır.Gəncə sakinləri isə belə bir şəxsin Şah Abbas məscidinə və digər məscidlərə axund təyin edilməsini qəbul etmirlər.Ən azından bu barədə Gəncə şəhərində kiçik sorğu keçirilsə insanların reaksiyalarını öyrənmək heç də çətin olmayacaq.Gəncənin yeni təyin olunan icra başçısı Niyazi Bayramov hazırda şəhərdə sabiq başçı Elmar Vəliyevin yaratdığı mənfi halları aradan qaldırır.Bu gün Qazaxlar məscidinin təmirə qapadılması və İmamzadə ziyarətgahındakı Hüseyniyyənin yenidən inanclıların istifadəsinə verilməsi Niyazi Bayramovun atdığı müsbət addımlardandır.Görünən odur ki, Niyazi Bayramov Gəncə sakinlərinin, xüsusi ilə də inanclıların etimadını qazanmağa çalışır.Amma yuxarıda da dediyim kimi, Rahil kimi şəxslərin bu gün hələ də axundluq etməsi mənfi hallardandır.Bu il də gəncəlilər digər illərdə olduğu kimi Məhərrəm ayında şəhərdəki məscidlərə axışacaq, ümid olunur ki, artıq insanlar pis günləri arxada qoyacaq və təhlükəsiz şəkildə ibadətlərini edə biləcəklər.

Vasif Həsənli

  • Yazılıb
  • da (də) 2018 Sep 13
  • Göndərən مدير سايت Aran News