Tarix : 2018 Sep 14
Kod 56396

Yəmən müharibəsinə görə Pakistandan Ərəbistana sərt mövqe

Hər bir halda indi Amerika, İslam ölkələrinə təzyiqlərini artırdığı bir zamanda müsəlmanlar arasında vəhdət, həmişəkindən daha çox zəruri görünür.

Arannews-İslaminSesi.info - Pakistan İnsan Haqları Naziri Şirin Məzarı, Səud rejimini Yəməndə məzlum xalqa soyqırım tətbiq etmə cinayətinə görə pislədi. 

 Pakistan İnsan Haqları Naziri Məzarı, Səud rejimin Yəməndə başda qadınlar və uşaqlar olmaqla müdafiəsiz vətəndaşlara hücum etməklə indiyə qədər bir çox dəfə insan haqlarını pozduğunu bildirdi. 

Nazir Məzarı, Səudiyyə rejim döyüş təyyarələrinin Yəmənin bir tələbə avtobusuna təşkil etdiyi hücumun işarə edərək, Ər-riyadın Yəməndəki cinayətlərinə son verməsi lazım olduğunu vurğuladı. Nazir Məzarı həmçinin İslam ölkələrindən öz aralarındakı ixtilafları Amerika və Qərbə sarılaraq deyil, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində həll etmələrini və İslam ölkələrində qan axıtmağa son vermələrini istədi. 

Pakistanda ilk dəfə Nazir səviyyəsində bir səlahiyyətli şəxs Səud rejiminin Yəməndə cinayətlərini pisləyir və bu cinayətləri soyqırım kimi qiymətləndirir. Bu inkişaf, Pakistanın yeni Baş Naziri Ümran Xan rəhbərliyinin, Ərəbistanla Yəmən milləti arasında  yaranan haqsız müharibədə əməkdaşlığını nəzərdən keçirmək istədiyini və İslam ölkələri arasında birlik və bərabərlik üçün çalışacağını göstərir.  

 Pakistanlı siyasətçi Əllamə Mübəşşir Həsən bu barədə belə deyir: Ərəbistan və müttəfiqləri məzlum Yəmən xalqını məzlum Fələstin milləti kimi vəhşicəsinə qətliam edir. Ərəbistan Yəmənin şəhərlərini quldur İsrail rejiminin Qəzza şəhərini bombardman etdiyi kimi bombalayır. Beynəlxalq birliyin də bu cinayətlərə qarşı susması əslində bir növ cinayətdir. 

Analitiklərin fikrinə görə, Pakistanın yeni rəhbərliyinin Ərəbistanın cinayətlərinə qarşı mövqe qoyması, Yəməndə Səud rejiminin cinayətlərinin dayandırılması istiqamətində ümidlərin artırdığını bildirir. Buna görə əgər Pakistan da Malayziyadan sonra Ərəbistanı ilə Yəmən müharibəsində əməkdaşlığı dayandırmaq qərarı alacaq olsa, heç şübhəsiz Səud rejimi bu cinayətində təklənmiş olacaq. 

 Hər bir halda indi Amerika, İslam ölkələrinə təzyiqlərini artırdığı bir zamanda müsəlmanlar arasında vəhdət, həmişəkindən daha çox zəruri görünür. Belə ki, Pakistanda Ümran Xan rəhbərliyinin müsəlmanları dəstəkləyən yeni mövqeyi də İslam dünyasını regionda Ərəbistan kimi bəzi zalım rejimlərin törətdiyi zülm və cinayətlərə qarşı birlik olma istiqamətindəki ümidləri artırdığı müşahidə edilir.


  • Yazılıb
  • da (də) 2018 Sep 14
  • Göndərən مدير سايت Aran News