Tarix : 2018 Sep 14
Kod 56398

Azərbaycan Respublikasında məhərrəmlik

Məhərrəm ayının gəlib çatması ilə Azərbaycan Respublikasında da dünəndən etibarən xüsusi atmosfer yaşanmaqdadır. Əhli-beytin(ə) aşiqləri matəm mərasimlərində iştirak edərək Həzrət Əba Əbdillahil-Hüseynə(ə) və onun vəfalı köməkçilərinə sevgi və məhəbbətlərini nümayiş etdirirlər.

Arannews-İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, İmam Hüseynin(ə) aşiqləri Azərbaycan Respublikasında da aşiqlik qaydasını yerinə yetirirlər. 

Qara geyinmək, səfər ayının sonunadək toy tutmamaq, musiqi dinləməmək, ehsan vermək, bu ayda doğulan uşaqlara imamların adını vermək və Aşura günündə qan vermək Məhərrəm ayında Azərbaycan Respublikası xalqının ənənələridir. Azərbaycan məscidləri də dünən gecə imam Hüseynin(ə) aşiqlərinin matəm mərasimlərinin şahidi olub. Bu mərasimlərdə gənclər, yeniyetmələr və qadınların iştirakı ötən illərdəki ilə müqayisədə daha çoxdur. 


  • Yazılıb
  • da (də) 2018 Sep 14
  • Göndərən مدير سايت Aran News