Konstitusiya məhkəməsinin bağlı qapılar arxasında keçirilən birinci məhkəməsində hakim partiyaya qarşı irəli sürülən ittihamlar iyunun birində ölkənin baş prokurorunun yanında araşdırılıb
Turky Servisi/Aran Agentliyi
Türkiyədə hakim Ədalət və İnkişaf partiyası, bu ölkə konstitusiya məhkəməsinin iclasında, Türkiyə məhkəməsinin alı prokurorunun ona qarşı irəli sürdüyü ittihamları müqabilində özünü müdafiə edib.
İranın Mərkəzi İnformasiya Agentliyinin Ankaradan verdiyi məlumata görə, Baş Nazirin müavini Cəmil Çiçək və Ədalət və İnkişaf partiyası parlament qrupunun sədri Buzdağ cümə axşamı günü iyunun 3-də Türkiyənin hakim partiyasının təmsilçisi kimi konstitusiya məhkəməsinin 11 hakimi qarşısında dayanaraq prokurorun bu partiyaya qarşı irəli sürdüyü ittihamlarını rədd edərək özlərini müdafiə ediblər.
Türkiyə məhkəməsinin Ali prokuroru Yalçın Kaya 62 səhifəlik şikayət ərizəsində, Ərdoğan hökumətinin universitetlərdə hicaba qadağanın qoyulması haqda məhdudiyyətlərin aradan qaldırılmasına səy göstərməsinə işarə edərək, Baş Nazirin rəhbərlik etdiyi partiyanı laik quruluşuna qarşı fəaliyyətlər göstərən mərkəzi olmaqda ittihamlandıraraq, bu partiyanın, buraxılmasını istəyib.
Konstitusiya məhkəməsinin bağlı qapılar arxasında keçirilən birinci məhkəməsində hakim partiyaya qarşı irəli sürülən ittihamlar iyunun birində ölkənin baş prokurorunun yanında araşdırılıb. Türkiyə konstitusiyasına əsasən, konstitusiya məhkəmə rəyasət heyətinin 11-üzvündən 7-nin səsi Türkiyə hakim partiyasının buraxılmasına kifayət edir.