Tarix : 2018 Sep 15
Kod 56400

Ərdoğan Putinlə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 17-də Soçidə görüşəcək.

Arannews-Türkiyə KİV-ə istinadla xəbər verilir ki, bununla bağlı Pakistanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, liderlər Suriya məsələsini müzakirə edəcəklər“Türkiyə İdlib məsələsində əməkdaşlığa hazırdır. Suriya böhranının siyasi yolla həllini istəyirik”, - Çavuşoğlu deyib. Xatırladaq ki, Putin və Ərdoğan sonuncu dəfə sentyabrın 7-də Tehranda görüşmüşdü. 

  • Yazılıb
  • da (də) 2018 Sep 15
  • Göndərən مدير سايت Aran News