Tarix : 2018 Sep 15
Kod 56406

Hacı Şahin Qarabağ qazisinin qonağı oldu

ilahiyyatçı Hacı Şahin Həsənli Qarabağ qazisi Abbasov Arzumanın dəvəti ilə onun evində qonaq olub. Xoş və səmimi mühitdə keçən görüşdə Arzuman bəyin bir neçə qazi yoldaşı da iştirak edib.

Arannews-Qazimizin 22 yaşlı oğlu Elvin çoxdandır ki, Hacı Şahin Həsənli ilə görüşmək istəsə də, səhhəti buna imkan vermirdi. Arzuman bəy qazi yoldaşları ilə Hacını evinə dəvət edərək Elvinlə görüşdürmək qərarına gəldilər.   

Qeyd edək ki, A. Abbasov Ağdərə və Ağdam uğrunda döyüşlərin iştirakçısıdır. O, Qarabağ uğrunda savaş zamanı aldığı yaralardan əlil olub.

  • Yazılıb
  • da (də) 2018 Sep 15
  • Göndərən مدير سايت Aran News