Tarix : 2018 Sep 15
Kod 56407

Türkiyə ABŞ-a məhəl qoymadı, S-400... - Rusiya

ABŞ-ın göstərdiyi təzyiqlərə baxmayaraq, Türkiyənin ölkəmizdən S-400 almaq planları davam edir.

Arannews-Bu sözləri Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.

“Zenit raket komplekslərini 2019-cu ildə Türkiyəyə təhvil verəcəyik. İstehsalçı firma “Almaz-Antey”in qarşıdakı 10 il ərzində təkcə ənənəvi ortaqlarımıza deyil, NATO ölkələrinə də məhsul istehsal etməkdə çətinlik çəkəcəyini düşünmürəm. Türkiyə ABŞ-ın təzyiqlərinə baxmayaraq, kompleksləri almaq prosesini dayandırmadı. Ankara bütün komplekti müqavilənin şərtlərinə uyğun şəkildə vaxtında alacaq”, - Borisov deyib.

  • Yazılıb
  • da (də) 2018 Sep 15
  • Göndərən مدير سايت Aran News