Tarix : 2018 Sep 16
Kod 56411

Paşinyanla Makron Qarabağdan danışdılar

Ermənistanın baş naziri Nikol Paşinyan Fransada prezident Emmanuel Makronla görüşüb.

Arannews-Ermənistan KİV-nə istinadən xəbər verilir ki, tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər.Paşinyanla Makron münaqişənin sülh yolu ilə həllinin əhəmiyyətli olduğunu vurğulayıblar. Bundan başqa, erməni nazir ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və regionda sabitliyin qorunmasındakı rolunu yüksək qiymətləndirdiyini deyib. 

Görüşün sonunda Emmanuel Makron oktyabrda Ermənistana səfər edəcəyini bildirib. 


  • Yazılıb
  • da (də) 2018 Sep 16
  • Göndərən مدير سايت Aran News