Tarix : 2018 Sep 16
Kod 56413

Ərdoğan Azərbaycan əsilli yeniyetməyə görə Paşinyana zəng etdi

Türkiyənin Qars bölgəsində heyvan otararkən sərhədi pozaraq, Ermənistan tərəfə keçən və 45 gündür bu ölkədə həbsdə qalan Umut Ali Özmənə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyana zəng edib.

Arannews-Türkiyə KİV-nə istinadən xəbər verilir ki, Ərdoğan telefon danışığında Umut Alinin ekstradisiyasını istəyib.Paşinyan Ərdoğanın istəyinə müsbət cavab verib. Umut Ali sentyabrın 17-si və ya 18-i Türkiyəyə təhvil veriləcək.Bu il iyul ayının 24-də Qars vilayətinin Akyaka qəsəbəsində azaraq Ermənistan sərhədini keçən və Rusiya sərhədçiləri tərəfindən tutulub ermənilərə təhvil verilən 16 yaşlı Umut Ali Özmen Yerevan həbsxanasında döyülüb. Bu haqda yeniyetmənin atası Mustafa Özmen deyib.Qars valisi Rahmi Doğanın bildirdiyinə görə yeniyetmənin geri qaytarılması üçün İnterpol üzərindən danışıqlar gedir. İnterpolun Türkiyə bürosu bu həftənin əvvəlində Ermənistan İnterpolu ilə təmas qurub, gözlənilir ki, gələn həftənin əvvəllərində Umut buraxılacaq və Türkiyəyə qaytarılacaq.

  • Yazılıb
  • da (də) 2018 Sep 16
  • Göndərən مدير سايت Aran News