Tarix : 2018 Sep 16
Kod 56422

Höccətülislam Kazim Siddiqi: “Ümidvarıq Azərbaycan hakimiyyəti öz xalqının İmam Hüseynlə (ə) bağlı istəyini nəzərə alacaq”.

Tehranın müvəqqəti cümə imamı Höccətülislam Kazim Siddiqi dünənki cümə xütbələrində Azərbaycanda məhərrəm əzadarlığı ilə bağlı problemlərə toxunaraq deyib:

Arannews-Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə,“Azərbaycan hökumətinə tövsiyə edirəm ki, Hüseyn (ə) əzadarları ilə keçinsinlər. Eşq dolu qəlblərə təzyiqlər partlayışa səbəb ola bilər.Aşuranı ləğv etmək mümkün deyil. Əza məclisləri Amerika kimi qeyri-müsəlman ölkələrində də azad şəkildə keçirilir. Azərbaycan xalqı nə üçün bu imkandan məhrum olmalıdır? Ümidvarıq Azərbaycan hakimiyyəti öz xalqının İmam Hüseynlə (ə) bağlı istəyini nəzərə alacaq”.*Xatırladaq ki, Azərbaycanda uşaqların əza məclislərində iştirakına qadağa qoyulub. Bəzi ekspertlər hesab edirlər ki, bu, eksperiment xarakterlidir, uğurlu nəticə verərsə, növbəti illərdə böyüklər üçün də ciddi məhdudiyyətlər yaradılacaq.


  • Yazılıb
  • da (də) 2018 Sep 16
  • Göndərən مدير سايت Aran News