Tarix : 2018 Sep 17
Kod 56423

İŞİD-çilərin son su mənbələri nəzarətə götürüldü

Suriyanın Suveyda rayonunun şərqi Badiyə bölgəsində ordu qüvvələrinin İŞİD terror təşkilatından qalmış son qərargah sayılan Tlul əl-Səfa bölgəsində davam edən əməliyyatları nəticəsində mühüm irəliləyişlər olub.

Arannews-FaktXəbər-in rəsmi "Sana" agentliyinə istinadən məlumatına görə, Suriya ordusu terrorçularla bir neçə dəfə toqquşublar. Ciddi itkilər verən terrorçular əllərində axladıqları yüksəkliklər və mağaralardan ibarət geniş sahələri tərk ediblər. Öldürülən terrorçular arasında təhlükəlilər siyahısında olan 10 təhlükəli snayper də var.Bu əməliyyat nəticəsində İŞİD terrorçularınnun istifadə etdikləri son su mənbəyi də nəzarətə götürülüb.Hava qüvvələrinin və artilleriya qüvvələrinin dəstəyi ilə keçirilən əməliyyatlardan sonra bölgədə təmizləmə və möhkəmləndirmə işləri həyata keçirilir.

  • Yazılıb
  • da (də) 2018 Sep 17
  • Göndərən مدير سايت Aran News