Tarix : 2018 Sep 17
Kod 56424

İmam Hüseynin (ə) əqidəvi-siyasi vəsiyyətnaməsi

Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm

Arannews-İmam Hüseyn (əleyhissəlam) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi, əmr be-məruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə özünün tövhid, nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:«...Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa, nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah, əmr be-məruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O, hakimlərin ən yaxşısıdır.» (Biharül-ənvar, c.44, səh.329.)

Göründüyü kimi İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:
1) Ümməti islah etmək;
2) Əmr be-məruf;
3) Nəhy əz-münkər;
4) Babası Peyğəmbərin (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.

  • Yazılıb
  • da (də) 2018 Sep 17
  • Göndərən مدير سايت Aran News