Tarix : 2018 Sep 18
Kod 56435

İbadi İraq qoşunlarını Türkiyə ilə sərhəddə yerləşdirmək əmri verdi

İraqın baş naziri Heydər əl-İbadi Türkiyə ilə sərhəddə, Milli Təhlükəsizlik Qoşunların yerləşdirilməsinə əmr verib."parstoday.com"

Arannews-İraqın baş nazirinin adminstrasiyası qeyd edir ki, Milli Təhlükəsizlik üzrə Nazirlər Şurası keçirdiyi iclasında, ölkənin sərhədboyunun təhlükəsizlik və stabilliyinin qorunub saxlanılmasının davam etdirilməsini təsdiq etmişdir.

Nazirlər Kabinetinin qərarına görə, İraqın DİN-i federal polisin yenidən qurulmasına bir daha baxılacaq. Eyni zamanda, Türkiyə tərəfindən İraqın hava sərhədlərinin pozulduğu halda, aparılacaq sənədləşdirmə üçün müvafiq ölçülər götürülərək, şikayət BMT-yə göndəriləcək.

İraq Nazirlər Şurası, baş verə biləcək hava və yerüstü sərhəd pozuntusunun qarşısını almaq üçün, milli qvardiya qoşunlarını Türkiyə İraq sərhəddi boyu yerləşdirib.

  • Yazılıb
  • da (də) 2018 Sep 18
  • Göndərən مدير سايت Aran News