Tarix : 2018 Sep 19
Kod 56438

Hizbullahın lideri Trampı tənqid etdi

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ABŞ-ın prezidenti Donald Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi xarakterizə edib.

Arannews-Deyerler.org Mehrə istinadən xəbər verir ki, paytaxt Beyrutun cənubundakı Dahiyə bölgəsində məhərrəm ayı münasibətilə keçirilən mərasimdə iştirak edən Seyid Həsən Nəsrullah, mərasimdə çıxış edib. Gündəmdəki mövzuları qiymətləndirən Seyid Həsən Nəsrullah, ABŞ-ın prezidenti Donald Trampı tənqid edib.
Trampı müharibə və soyqırımla bağlı heç bir problemi olmayan dünyaya vurğun birisi kimi səciyyələndirən Seyid Həsən Nəsrullah, mərasimdə iştirak edən veteranlar və yaralılara belə müraciət edib: “Sizlər bu istiqamətdə (zülmlə mübarizədə) baş verənlərin canlı şahidisiniz”.

  • Yazılıb
  • da (də) 2018 Sep 19
  • Göndərən مدير سايت Aran News