Tarix : 2018 Sep 19
Kod 56442

Putin Ərdoğanla İdlib barədə razılaşdı

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Suriyanın İdlib əyalətində hərbi əməliyyatlar aparılmayacaq, Suriya hökuməti onu dayandırmağa hazırdır.

Arannews-FaktXəbər RİA Novostiyə istinadən bildirir ki, bu barədə Şoyqu jurnalistlərə açıqlamasında deyib. O, Soçidə Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqların yekunu üzrə İdlibdə vəziyyətin sabitləşdirilməsinə dair qəbul edilmiş Memorandumda bu barədə qeyd olunduğunu bildirib.

Qeyd edək ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılığa gəliblər.


  • Yazılıb
  • da (də) 2018 Sep 19
  • Göndərən مدير سايت Aran News