Tarix : 2018 Sep 19
Kod 56444

Azərbaycan İsraildən hansı silahları alıb - Sinitsin açıqladı

Bunu Amerika-Azərbaycan Fondunun baş mütəxssisi Aleksey Sinitsin deyib.

Arannews-"İsrail dünya silah bazarında Azərbaycanın birinci tərəfdaşıdır. Azərbaycan İsraildən daha çox silah almağı planlaşdırır. İki ölkənin Bakıda birgə istehsal etdikləri Pilotsuz Uçan Aparatlar (PUA) buna nümunədir."Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Amerika-Azərbaycan Fondunun baş mütəxssisi Aleksey Sinitsin deyib.

Onun sözlərinə görə, son bir neçə il ərzində Azərbaycan İsraildən müxtəlif silahlar əldə edib: “Bura yanğınsöndürmə vasitələri, döyüş aviasiyası, hava hücumundan müdafiə kompleksləri daxildir.Düşünürəm ki, Azərbaycan ordusu elektron avadanlıqlar, kəşfiyyat, müşahidə, kommunikasiya - ümumilikdə yüksək texnologiyalı hərbi vasitələrlə gücləndirməkdə maraqlıdır”.


  • Yazılıb
  • da (də) 2018 Sep 19
  • Göndərən مدير سايت Aran News