Tarix : 2018 Sep 20
Kod 56446

Bəsrə əhalisi “Həşdi-Şabi” və İrana dəstək üçün genişmiqyaslı aksiya keçirdi

İraqın Bəsrə şəhərində əhali genişmiqyaslı bir yürüş keçirərək "Həşdi-Şabi" hərəkatı və İran İslam Respublikasına dəstək nümayiş etdirib.
Arannews-İslamazeri.com xəbər verir ki, Bəsrə əhalisi bu aksiya, son günlər "Həşdi-Şabi" mərkəzi və İranın Bəsrə Konsulluğu binasına təşkil olunan hücumların və bu binaların yandırılmasından sonra həyata keçirib.
Bəsrə əhalisi aksiya zamanı bəzi dairələrin İraq xalqı və "Həşdi-Şabi" hərəkatı arasındakı yaxşı münasibətləri pozmaq cəhdlərini pisləyib.
  • Yazılıb
  • da (də) 2018 Sep 20
  • Göndərən مدير سايت Aran News