Tarix : 2018 Sep 20
Kod 56448

AXCP üzvü 6 il müddətində azadlıqdan məhrum edildi

Sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Orxan Baxışlıya hökm oxunub.

arannews- Hakim Mahmud Ağalarovun sədrliyilə çıxarılan hökmə əsasən, O.Baxışlı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə təqsirli bilinərək, 6 il azadlıqdan məhrum edilib.Məhkəmədə O.Baxışlı özü də son sözünü deyib, vəkili Elçin Sadıqov müdafiə nitqilə çıxış edib.E.Sadıqov bildirib ki, müvəkkilinə qarşı irəli sürülən narkotik ittihamı əsassızdır. O.Baxışlıya qarşı ittihamı təsdiqləyən heç bir mötəbər sübut lmadığını deyən vəkil istintaq zamanı yol verilən pozuntulardan, ziddiyyətli məqamlardan danışıb.O.Baxışlı da son sözündə narkotik ittihamının saxta olduğunu, saxlandıqdan sonra polislər tərəfindən cibinə atıldığını bildirib. Qeyd edib ki, həbsinin yeganə səbəbi siyasi baxışları, ölkənin demokratikləşməsi uğrunda mübarizədə iştirakıdır. Cəbhəçi gənc mübarizəyə qoşulduğuna və nəticədə həbsə düşdüyünə görə heç vaxt peşman olmadığını vurğulayıb.Qısa müşavirədən sonra 6 illik hökm elan edilib.

O.Baxışlının valideynləri bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək.AXCP Gənclər Komitəsinin Xətai şöbəsinin üzvü olan O.Baxışlı mayın 7-də həbs olunub

  • Yazılıb
  • da (də) 2018 Sep 20
  • Göndərən مدير سايت Aran News