Tarix : 2018 Sep 19
Kod 56452

ABŞ-da möhtəşəm məhərrəm yürüşü – FOTO

aksiya ABŞ mətbuatında geniş müzakirə olunub
Arannews-ABŞ-ın Miçiqan ştatı Dearborn bölgəsində  o cümlədən ətraf şəhərlərdə yaşayan müsəlmanlar İmam Hüseynin (ə) Kərbəla hadisəsini yaşatmaq üçün genişmiqyaslı aksya təşkil ediblər.
Maide.Az  xarici KİV-lərə istinad xəbər verir ki, müsəlmanlarla yanaşı qeyri-müsəlmanların da qatıldığı yürüşdə İmam Hüseynin (ə) qəhrəmanlıq, ədalətsizliyə etiraz, birləşdirici ortaq dəyər  və  fədakarlığını əks etdirən  şüarlar səsəndirilib. Eyni zamanda bu xüsusiyyətləri özündə ehtiva edən plakartlar nümayiş olunub.
İmam Hüseyn (ə) məktəbini əks etdirən qara və qırmızı bayraqların və müxtəlif şüarların olduğu aksiya  ABŞ mətbuatında geniş müzakirə olunub.
Qeyd edək ki,  dünyanın  əksər ölkələrində  analoji  aksiyalar təşkil olunur.
  • Yazılıb
  • da (də) 2018 Sep 19
  • Göndərən مدير سايت Aran News