Dini şeirlər yazarı və araşdırmaçısı Nardaranı Qafqazın dini şeir qütbü adlandırdı və oranın dinamikliyini diqqətə çatdırdı.
Aran News-un verdiyi məlumata əsasən, “Qafqaz və Anadoluda dini (məhərrəm) ayinlərin dəyişiklik proseslərinin araşdırılması” konfransında çıxış edən Mehdi Nəlbəndi bu məsələyə işarə edərək dedi: “Molla Əli Tuti Nardarani” Azərbaycan Respublikasının mərsiyyə şeirinin qüllələrindəndir. O Nardaran kəndindən aşkara çıxmış və illər boyu onun şeirləri Qafqaz əzadarlarının dilinin əzbəri olmuş və bu hələ də davam edir.
O, mərhum Hacı Mail Əliyevi Qafqazın aşura və mərsiyə şeirinin başqa bir simvolu kimi dəyərləndirdi və dedi: Hacı Mail də Nardarandan doğmuş parlaq günəş idi. Nardaranda şeir və mərsiyyə öz yolunun davamında mərhum Ələmdar Mahirə çatır. O, şəhidlər ağası İmam Hüseynin (ə) sadiq aşiqlərindən idi. Bu yolda Əhli-beytin (ə) müsibətində möhkəm və dəyərli şeirlər qoşmuşdur.
Bu dini şeirlər yazarı və araşdırmaçısı əlavə etdi: Hazırda da Nardaranda Mehrəli Asim kimi cavan şairlər Əhli-beyt (ə) üçün şeir qoşmaqda öz sələflərinin yolunu davam etdirirlər. Cavan şairlərin bizim əlimizə çatan yaradıcı və şirin şeirləri bu hərəkətin göstəricisidir.
Nəlbəndi Əhli-beytə (ə) məhəbbətin İslam dünyasının bu hissəsinin şiələrinin əti və qanı ilə qarışdığını bildirərək əlavə etdi: Bakıdakı Həzrət Zəhra (sə) məscidi Əhli-beyt sevərlərin məhəbbət evidir. Bu məscidin çırağı düşmənlərin gözünün korluğuna sönməyəcəkdir.
O söhbətinin ardınca Azərbaycan Respublikasının klassik və müasir şairlərinin Kərbəla müsibəti barədə yazdığı şeirlərindən parçalar oxudu.