Urmiyə şəhərinin bu həftə qılınan cümə namazının xütbələrində Höccətül-İslam vəl-müslimin Seyid Məhdi Qüreyşi deyib: Təəssüflər olsun ki, bəzi müsəlman və şiə ölkələrində dövlətlər xalqın məhərrəm ayındakı əzadarlıqlarına maneələr törədirlər.
Aran News-Qafqaz Mədəniyyət Mərkəzinin Qərbi Azərbaycan Ostanında Vəliyyi-fəqihin Nümayəndəliyi və Urmiyə Cümə İmamının ofisinə istinadla verdiyi məlumatına əsasən, Doktor Qüreyşi cümə namazının ikinci xütbəsində bəzi ölkələrin xalqın əzadarlıq etməsinə maneə törətməsinə təəssüflənərək deyib: Təəssüflər olsun ki, bəzi müsəlman və şiə ölkələrində dövlətlər xalqın məhərrəm ayındakı əzadarlıqlarına maneələr törədirlər. Bu dövlətlər səhv edirlər.
O deyib: Bu ölkələrin məsul şəxsləri camaatla birgə olmadırlar və İmam Hüseynə (ə) əza saxlamalıdırlar. Heç kim İmam Hüseynə (ə) əzadarlığın qarşısında dayana bilməz. Çünki əvvəllər də çox adamlar əzadarlıqların qarşısını almağa çalışmışlar.
O əlavə etdi: İmam Hüseynin (ə) qəbrini dəfələrlə xaraba qoyublar. Oranın torpağını su ilə doldurmuşlar. Oranı şumlayıblar. Hətta, İmam Hüseynin (ə) ziyarətinə gedənləarin əllərini kəsirdilər. Amma İmam Hüseynin (ə) hərəkatının və əzadarlığının qarşısını ala bilmədilər. Çünki Allahın iradəsi bunu istəyib ki, İmam Hüseynin hərəkatı dünyaya hakim olsun.
O sözlərinin davamında deyib: Buna görə də, mən İmam Hüseyn (ə) əzadarlarına maneçilik törədən ölkələrin məsul şəxslərinə tövsiyə edirəm ki, maneçilik törətmək yerinə, xalqla birgə olsunlar və İmam Hüseynə (ə) əzadarlıqdarn feyz alsınlar.