Universitet müəllimi və siyasi məsələlər üzrə ekspert Azərbaycan Respublikasında İmam Hüseyn (ə) əzadarlarına məhdudiyyətlərin tətbiq edilməsini tənqid etdi.
Aran News-un verdiyi məlumata əsasən, “Qafqazda dini ayinlərin araşdırılması” konfransında çıxış edən universitet müəllimi və Qafqaz məsələləri üzrə ekspert Cavad Şərifnejad deyib: Azərbaycan Respublikasında din əleyhinə fəaliyyət göstərən qurumların sərbəst fəaliyyətinə icazə verilir, amma dindarların öz dini mərasimlərini sərbəst yerinə yetirməsinin qarşısı istənilən mümkün yolla alınır.
O dedi: Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin verdiyi son bəyənatını yazanlar beynəlxalq hüquq qaydalarına əsasən beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdırlar.
Şərif Nejad sözünün davamında dedi: Bu bəyənata əsasən, Azərbaycan Respublikasından xaricdə yaşayan dini mərcəi-təqlidlərə təqlid olunmasın və onların fətvasına əsasən əməl edilməsin. Bu bəyənatı yazanlar bilmirlər ki, İslam sərhədlərdən üstündür və ötən əsrlərdə Badkubeyi təxəllüslü müctəhidlər bütün şiə aləminin dini mərcəi-təqlidi idilər?
Bu siyasi ekspert Azərbaycan Respublikasının son illərdə Avropa İttifaqına üzv olmağa çalışdığına işarə edərək dedi: Maraqlı məqam budur ki, dini azadlıq bu ittifaqın həmrəyliklə qəbul etdiyi qanunlardandır. Rəsmi Bakının hakim heyəti ölkə dindarlarına təzyiqlər göstərərək sözügedən azadlığı ölkə dindarlarından almışdır.
O, Aşura günü dərsə gəlməyən şagirdlərə görə məktəb müdirləri üçün 3.000 manat cərimə təyin edilməsini, küçələrdə əzadarların yürüşünün qadağan edilməsi, bayraq və başqa əzadarlıq atributlarının daşınmasını Azərbaycan Respublikasında din əleyhinə qəbul edilmiş qərarlar kimi dəyərləndirdi və dedi: Təcrübə göstərib ki, dini hissləri yüksək olan ölkələrin daha çox asayişi var. Bunun göstəricisi budur ki, Azərbaycan Respublikasından hətta bir şiə belə İŞİD terror təşkilatına qoşulmadı.