Tarix : 2018 Sep 21
Kod 56463

Aşura günü Gəncə və Bakıda qanvermə aksiyası keçirilib - Foto

Bu gün Aşura günü ilə əlaqədar Gəncədə - İmamzadə ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında qanvermə aksiyası keçirilir. Bakının Təzəpir məscidində də 130 nəfər qanvermə aksiyasında iştirak edərək qan verib.
Aran news-Bu gün Aşura günü ilə əlaqədar Gəncədə - İmamzadə ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında qanvermə aksiyası keçirilir.

Bakının Təzəpir məscidində də 130 nəfər qanvermə aksiyasında iştirak edərək qan verib.

Qanvermə aksiyası günün sonuna kimi davam edəcək.

Qeyd edək ki, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, “İçərişəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonu “Təzəpir məscidi”, “Hacı Soltanəli məscidi”, regionlar üzrə isə Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi”, Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu rayon mərkəzi xəstəxanası, Qan bankının Quba bölgəsi və Masallı şəhər Cümə məscidində təşkil olunub.
  • Yazılıb
  • da (də) 2018 Sep 21
  • Göndərən مدير سايت Aran News