Tarix : 2018 Sep 22
Kod 56472

Sabiq MTN generalları hakim qarşısına çıxarılır

Sabiq MTN generalları hakim qarşısına çıxarılır

Arannews-Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Elşad Əzizovun apellyasiya şikayətinin vaxtı açıqlanıb.Oxu.Az-ın xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.İlkin baxış iclası oktyabrın 18-nə təyin edilib. 


  • Yazılıb
  • da (də) 2018 Sep 22
  • Göndərən مدير سايت Aran News