Tarix : 2018 Sep 22
Kod 56475

Taleh Bağırzadə: ''Aşura baş yarmaq yox, haqq uğrunda savaş günüdür''

Sentyabrın 20-də Aşura günü qeyd olunacaq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəmlik ayı ilə bağlı fətvasında qeyd olunur ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir

Arannews-Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.QMİ Aşura günü qanvermə aksiyaları həyata keçirir. Qurum hələ ötən ildən azyaşlıların mərasim günü məscidlərə aparılmasını məqsədəuyğun hesab etməyib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yetkilisi Amid Cavadov isə hesab edib ki, məscidlərdə qara bayraqlar deyil, Azərbaycan bayrağı dalğalanmalıdır.2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunub, 20 il azadlıqdan məhrum edilən və hazırda Qobustan həbsxanasında cəza çəkən“Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə Aşura günü ilə bağlı məktəblilərə müraciət edib. Müraciətdə deyilir:

“Mən ilk növbədə yeni dərs ilinin başlanması münasibətilə bütün məktəbliləri təbrik edirəm! Arzu edirəm ki, savadlı bir nəsil kimi yetişib, bu ölkənin gələcəyini açıq düşüncənizlə, qabiliyyətiniz və halallıqla qurub, gələcəyə daşıyasınız...Əzizlərim, siz bu ölkənin gələcəyisiniz. Ona görə də bu ölkədə özünə “dindar”, “dövlət idarəçisi” deyib başa çıxanlardan və dini dəyərlərdən danışanlardan soruşa bilərsiniz ki, Aşuranı zəncir vurmaq, baş yarmaq kimi geriçilikdən xilas etməkdən ötrü indiyə qədər nə ediblər? Nə vaxt bu ölkədə dini elmi yöndən və mahiyyətinə uyğun təbliğ ediblər?Heç vaxt bunu etməyənlər indi süni qadağaya əl atıblar.

Tale Bagirzade
Tale Bagirzade.

Əziz məktəblilər, Aşura zəncir vurmaq, baş yarmaq günü deyil, haqq uğrunda savaş, dirəniş günüdür. 1400 il bundan əvvəl baş vermiş hadisənin fəlsəfəsi başqadır - haqqa sahib çıxmaq, zülmə dirəniş...İndi hakimiyyət və Allahşükür Paşazadə rahatsız olublar ki, siz Aşura günü məscidə gedə bilərsiniz. Niyə? Çünki orada düz söz eşidib, haqq üçün savaşanların hekayəsini dinləyəcəyinizdən qorxurlar. Onlara zülmə boyun əyməyən bir gənclik lazım deyil. Əksinə, kölə, yaltaq sürüsü lazımdır.Hüseyn məktəbinin mahiyyətini anlayacağınızdan qorxurlar. Çünki bilirlər ki, bu günün mahiyyətini anlamaq bütün ömür boyu zülmə qarşı dirənmək deməkdir. Hakimiyyət sizin azadlıq və haqq haqqında nəyisə bilib sorğulamanızdan qorxur.Güman etməyin ki, onlar sizi qoruyur. Əgər onlar sizin təhsilinizin qayğısına qalmış olsaydılar, ölkənin təhsil sistemini bu hala salmazdılar. Bu gün ölkənin məktəbləri korrupsiya və yalanın, riyakarlığın mərkəzinə çevrilib. Sizin gözünüzün qarşısında müəllimlərinizi hər seçkidə bülleten oğrusuna çevirirlər. Görəsən onlar bütün bu yaramazlıqların kökünü niyə kəsmirlər?


  • Yazılıb
  • da (də) 2018 Sep 22
  • Göndərən مدير سايت Aran News