Tarix : 2018 Sep 24
Kod 56489

İranda milli matəm elan olundu

İran İslam Respublikasında bu gün, milli matəmdir

Arannews- İran mediasına istinadən xəbər verir ki, İranda Əhvaz şəhərində hərbi paradda törədilən terror aktında 24 nəfərin dünyasını dəyişməsi, 60 nəfərin isə yaralanması ölkədə milli matəmin elan olunmasına səbəb olub.

Nazirlər kabinetindən yayılan açıqlamada deyilir: "Əhvazda xalqımıza və müdafiə güclərimizə qarşı həyata keçirilən terror aktı, İran və iranlıları yox etməkdən başqa bir hədəfi yoxdur, bu insanlığa zidd terror aktında uşaq, gənc, yaşlı, lor, ərəb, fəhlə və hərbçi demədən bütün İran xalqını hədəfə aldıqlarını isbatlamış oldular. Fəqət tarix boyunca bu cür insaniyyətə zidd addımlar xalqımız arasında ayrılıq və qorxuya deyil, vəhdət və birliyə, bir-birinə dəstəyə daha çox zəmin hazırladığını görməmişlər. İran milləti, terror və dəstəkçilərinə qarşı verdiyi müqaviməti davam edəcək."Qeyd edək ki, İranın ən yüksək rütbəli hərbçiləri terror aktına sərt cavab verəcəklərini bildiriblər.


  • Yazılıb
  • da (də) 2018 Sep 24
  • Göndərən مدير سايت Aran News