Tarix : 2018 Sep 24
Kod 56490

Nikol Paşinyanın bloku bələdiyyə seçkilərini qazandı

Yerevan meri vəzifəsi iyulun 9-dan sonra sabiq bələdiyyə başçısı Taron Marqaryan korrupsiya qalmaqalı ilə bağlı istefa verdikdən sonra boş qalıb.

Arannews-Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Yerevanda bazar günü şəhər Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə baş nazir Nikol Paşinyanın silahdaşlarından təşkil olunmuş "Mənim addımım" seçki bloku böyük üstünlüklə qalib gəlib, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatında bildirilir. Bütün 475 seçki məntəqələrində səsvermə nəticələri hesablandıqdan sonra, Mərkəzi Seçki Komissiyası seçkidə iştirak edənlərin 81,06 faizinin "Mənim addımım" blokun lehinə səs verdiyini bəyan edib. Bu, seçki blokun lideri, komediya aktyoru, ssenarist, prodüser 41 yaşlı Hayk Marutyana Yerevan meri vəzifəsinə təyin olunmasını təmin edir. "Yerevanda məhəlli özünüidarəetmə haqqında" qanuna əsasən, 40 faizdən çox səs toplayan siyasi qüvvənin siyahısına başçılıq edən namizədi avtomatik olaraq paytaxt meri vəzifəsinə təyin olunur.

Yerevan meri vəzifəsi iyulun 9-dan sonra sabiq bələdiyyə başçısı Taron Marqaryan korrupsiya qalmaqalı ilə bağlı istefa verdikdən sonra boş qalıb.Yerevan bələdiyyəsini idarə edən 65 nəfərlik Ağsaqqallar Şurasında, həmçinin, seçkilərdə 6,95 faizlə ikinci yeri tutmuş Firavan Ermənistan Partiyası və 4,99 faizlə üçüncü yeri tutan "Nur" seçki bloku da təmsil olunacaq.Ağsaqqallar Şurasına daxil olmaq üçün siyasi partiya azı 6 faiz, seçki bloku azı 8 faiz səs qazanmalıdır.Qanuna görə, Ağsaqqallar Şurasında ən azı üç qüvvə təmsil olunmalıdır. Odur ki, qanun nəzərdə tutulan həddi aşa bilməyən, lakin daha çox səs qazanan qüvvəyə Ağsaqqallar Şurasını tamamlamaq imkanı verir. "Nur" bloku nəzərdə tutulan həddi aşa bilməsə də, digərləri ilə müqayisədə daha çox səs qazandığı üçün Ağsaqqallar Şurasına daxil ola bilib.

Yerevan bələdiyyə seçkilərində ümumən 12 siyasi qüvvə və seçki blokları iştirak edib. Yerevan polisinin dəqiqləşdirilmiş məlumatına əsasən, səsvermə siyahısına görə, seçicilərin ümumi sayı 850 minə yaxın olub.MSK-nın ilkin məlumatına görə, səsvermədə seçki hüququna malik vətəndaşların 43,65 faizi (370 mindən çox) iştirak edib.(bbc)

  • Yazılıb
  • da (də) 2018 Sep 24
  • Göndərən مدير سايت Aran News