Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Arannews-Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Suriya prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Prezident Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Liderlər İdliblə bağlı əldə edilən sazişi və siyasi vəziyyəti müzakirə ediblər. Əsəd Rusiyaya məxsus İl-20 təyyarəsinin qəzaya uğraması nəticəsində 15 rusiyalı hərbçinin ölməsi ilə bağlı Putinə başsağlığı verib”, - məlumatda bildirilib.
Bir müddət öncə Əsədin İl-20 təyyarəsinin qəzası ilə bağlı Putinə teleqram ünvanladığı bildirilmişdi.