Tarix : 2018 Sep 25
Kod 56496

İsrailin etirazı fayda vermədi: Rusiya Suriyaya S-300 verir

Bu haqda Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

Arannews-İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya iki həftə ərzində Suriyaya müasir hava hücumundan müdafiə (HHM) kompleksi olan S-300 verəcək. Bu haqda Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

Bu sistem 250 km-dən də çox uzaqlıqdakı hava hücumu vasitələrini tutmaq və eyni zamanda da bir neçə hava hədəfini vurmaq qüdrətindədir.”, - deyə o qeyd edib.

Şoyqunun sözlərinə görə, S-300 Suriya HHM sistemlərinin döyüş imkanlarını nəzərəçarpacaq qədər artıracaq.O xatırladıb ki, Rusiya 2013-cü ildə S-300 kompleksinin Suriyaya tədarükünü dayandırmışdı, lakin hazırda vəziyyət dəyişib və bunun da taqsırkaı rəsmi Moskva deyil.Bundan başqa, Rusiya Suriyaya HHM komanda məntəqələri üçün müasir avtomatlaşdırılmış idarəetmə sistemləri tədarük edəcək.Bu Suriya HHM-ın bütün qüvvə və vasitələrinin mərkəzləşdirilmiş idarəetməsini, hava vəziyyətinin monitorinqinin aparılmasını və əmrlərin operativ verilişini təmin edəcək. Ən əsası da, Suriya HHM vasitələrinin bütün Rusiya təyyarələrini tanıması təmin ediləcək.”, - deyə o qeyd edib.O həmçinin bildirib ki, Rusiya Suriyaya hücum edən döyüş aviasiyanın peyk naviqasiyasını, göyərtə radiolokasiya sistemlərini və əlaqəsini boğacaq.Şoyqu qeyd edib ki, rəsmi Moskva İsrailin hərəkətlərinə görə adekvat tədbirlər görmək məcburiyyətindədir, bununla da Rusiya hərbçilərinin təhlükəsizliyi təmin ediləcək.

O əmindir ki, Rusiyanın atdığı addımlar “qızğınları “soyudacaq” və onları düşünülməmiş addımlardan çəkindirəcək”.

Əks halda biz mövcud vəziyyətə uyğun şəkildə reaksiya verməli olacağıq.”, - deyə o sonda qeyd edib.

  • Yazılıb
  • da (də) 2018 Sep 25
  • Göndərən مدير سايت Aran News