Rusiyada fəaliyyət göstərən "Qafqazski uzel” saytı ənənəvi olaraq "Qafqazın qəhrəmanı” seçiləcək şəxsin müəyyən edilməsi üçün onlayn səsvermə keçirir.
Arannews-Bu il namizədliyi irəli sürülmüş yeddi nəfərin arasında, hazırda həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı da var.
Dünənə qədər Ə.Muxtarlı səsvermədə lider olsa da, bu gün mövqelərini itirib və hazırda 26,46% səslə ikinci yerdədir.
Ə.Muxtarlı 2017-ci ilin mayında həbs edilib. Rəsmi orqanlar onu Gürcüstan-Azərbaycan sərhədini qeyri-qanuni keçməkdə ittiham etsələr də, o, özü Tbilisidə oğurlandığını və Azərbaycana gətirildiyini deyib.
Azərbaycanda məhkəmənin qərarı ilə Ə.Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.