Sionist rejiminin HaSharon həbsxanasında saxlanılan fələstinli qadın məhbuslar ağır saxlanma şəraitinə etiraz ediblər.
َArannews-Maide.Az istinadla xəbər verir ki, istər qida, istər gigiyena tərəfindən ciddi problemlər yaşayan qadın məhbuslar növbəti mənəvi terrorla üz-üzə qalıblar.
Belə ki, qadınların başı açıq rahat gəzə biləcəyi yerlərə müşahidə kameraları quraşdırılıb. Hətta məhbusələrin gəzinti yerlərinə belə onlarla kamera yerləşdirilib. Bu isə onların haqlı etirazına səbəb olub.
Müxtəlif beynəlxalq hüquq təşkilatları qarşısında bununla bağlı məsələ qaldırılsa da problem həllini tapmır.
Qeyd edək ki, həbsxanalara müşahidə kameraları 3 il əvvəl yerləşdirilmişdir. Ancaq məhbusların və beynəlxalq hüquq təşkilatların etirazından sonra üzərləri parça ilə örtülmüşdü. Sentyabr ayının 5-dən isə sionist İsrail rejiminin həbsxana rəhbərliyi kamereların üzərindən parçaların götürülməsinə qərar verib. Bu tarixdən sonra isə xanım məhbuslar saxlanma otaqlarından çıxmamaqla məsələyə etirazını bildirirlər.
Xatırladaq ki, sionist rejim həbsxanalarında 52 fələstinli qadın məhbus var ki, onlardan 37-si HaSharon həbsxanasındadır.