Tarix : 2018 Oct 04
Kod 56579

Putin: O adam əclaf və vətən xainidir

Rusiya prezidenti Skripal barədə danışıb.

Arannews-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin Baş Kəşfiyya İdarəsinin keçmiş zabiti Sergey Skripalı “əclaf” və vətən xaini adlandırıb.Skripallara və digərlərinə gəlincə isə, bu növbəti casus qalmaqalı süni şəkildə şişirdilir. Mən bəzi informasiya mənbələrinə baxıram, sizin həmkarlarınız belə fikir yürüdürlər ki, cənab Skripal sanki hüquq-mühafizəçisidir. O sadəcə olaraq casusdur - vətən xainidir. Bilirsiniz, belə bir məfhum var - vətən xaini.”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, BKİ keçmiş zabiti ilə bağlı məlumat kompaniyası nə qədər tez bitsə, bir o qədər yaxşıdır.

Təsəvvür edin: siz öz ölkənizin vətəndaşısınız və birdən sizə öz ölkəsini satan adam peyda olur. Siz ona necə yanaşarsınız? O sadəcə olaraq əclafdır, vəssalam.”, - deyə o bildirib.Xatırladaq ki, mart ayında BKİ-nin keçmiş zabiti və onun qızı Solsberidə zəhərlənir. Bu, böyük beynəlxalq qalmaqala səbəb olur. Rəsmi London bu işdə dərhal Rusiyanı ittiham etdi.Rusiya isə dəfələrlə araşdırmanın aparılmasını tələb etsə də, Böyük Britaniya bu təşəbbüsü qəbul etməyib

  • Yazılıb
  • da (də) 2018 Oct 04
  • Göndərən مدير سايت Aran News