Düşmənlər İrana təcavüz etmək barədə düşünərsələr, əmin olsunlar ki, onların dəniz qüdrəti İran korpusunun imkanları və qüdrəti qarşısında uzun müddət tab gətirməyəcək
Iran Servisi/Aran Agentliyi
İran İslam İnqilabının Pasdarlar korpusunun baş komandanı General-leytenant Məhəmmədəli Cəfəri deyib: İranın modern raketləri və yüksək texnologiyalara malik gəmiləri düşmənin hərbi gəmilərini Fars körfəzində batıracaq. "Fars" informasiya agentliyinin bu iranlı general-leytenant istinadla yazıb: İran korpusu dənizdə yüksək potensial və imkanlara malikdir. O sonra deyib: Düşmənlər İrana təcavüz etmək barədə düşünərsələr, əmin olsunlar ki, onların dəniz qüdrəti İran korpusunun imkanları və qüdrəti qarşısında uzun müddət tab gətirməyəcək.
General-leytenant Cəfərinin sözlərinə görə, İran İslam İnqilabı Pasdarlar korpusunun modern raketlərlə təchiz edildiyi üçün dənizdə düşmənin hərbi gəmiləri və təchizatlarına möhkəm zərbələr vura bilər.
İranlı General-leytenant sonra vurğulayıb ki, onun sözləri müharibəyə başlanmasının reallaşması mənasında deyil. Əksinə İİR silahlı qüvvələrinin düşmənin hər fərziyyəsinə tədarük və hazırlıq gördüyü strategiyaların açıqlanması mənasındadır.