Tarix : 2018 Oct 06
Kod 56592

Ayətullah Xamenei: “ABŞ İrandan daha bir zərbə alacaq” - Foto

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün (4 oktyabr) paytaxt Tehrandakı Azadi stadionunda toplaşan 100 min könüllü gəncdən ibarət Bəsic üzvlərinə xitab edib.
Arannews-Mehr xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında İslam Respublikası ilə birlikdə, İranın Böyük Britaniya və ABŞ-ın hökmranlığından xilas olduğunu qeyd edərək, belə danışıb: “XIX əsrin əvvəllərində özünü göstərən bu istismar sistemində zəif ölkələr üzərində hokmranlıq qurulmuşdu. İslam Respublikası Amerika və Böyük Britaniyanın bu hökmran rejimindən İranı xilas etmişdir. Eyni zamanda, İslam Respublikası İranın bu hökmran sistemində parçalanmasının qarşısını da alıb.
Ölkə və dünya çox həssas bir haldadır. İrandakı həssas elitanın hərəkətə keçməsi ölkə düşmənlərini oyandırdı. Ölkədəki problem səbəbindən onların əksəriyyəti müşahidə etməyi dayandıraraq, hərəkətə keçdi.
Bunlar sadəcə şüar və boş sözlər deyil, İranın böyüklüyü bir həqiqət olduğu üçün ölkə düşmənləri diqqətsizlik etməyimizi xəyal edir.
Bu baxış kiminsə inkar edə biləcəyindən daha aydındır, çünki İranın böyüklüyü tarixi bir həqiqətdir.Ölkənin İslam Respublikası ilə ABŞ, Böyük Britaniya və digər əcnəbilərin əsarətindən çıxması İslam Respublikasının gücünü göstərən bir nümunədir.
Ədalətli olan hər kəs İranın böyüklüyünü qəbul etməyə məcburdur.
İran xalqı ilk dəfə ölkəyə tətbiq olunan müharibədə (8 illik İran-İraq müharibəsi) düşmənin geniş miqyaslı cəbhəsini tamamilə məğlub edib, ölkənin ərazi bütövlüyünü qorudu. Bu ölkənin gücü deməkdir.
Bu gücün digər mənası da İslam Respublikasının tək başına qlobal imperialist cəbhəsinin qarşısında dayanmasıdır.
İran xalqının məğlubedilməzliyinin səbəbi İslam dinidir. Bunu İslam inqilabının qələbəsində, Müqəddəs Müdafiə savaşında və düşmənlərin hiylələrinə qarşı əldə olunan qələbələrdə görə blərsiniz.
Düşmənlərə qarşı hər hansı bir tədbir və plan görülməməsi onların irəliləməsinə yol aça bilər. Hələ yolun ortasındayıq. İstədiyimiz zirvəyə çatmaq üçün səy göstərməliyik. Bunun üçün tədbir və cəsarət lazımdır.
Bu günün gəncləri, ölkədəki problemlər və çətinliklərlə bağlı fikir və ideya müəllifidir. Onlar özlərini məsuliyyətli hiss edirlər”.
İran millətinin hər bir sahədə hakimiyyət və gücünü sübut etdiyini qeyd edən ali dini rəhbər, belə davam edib: “Düşmənin bizə qarşı təhdidlərini yaxşı dərk etməliyik. Əgər düşmən şərq sərhədlərimizdən bizə hücum edəndə qoşunlarınızı qərbə istiqamətləndirsəniz, bunun bir faydası olmaz. Düşmənin nə etmək istədiyini görə bilməliyik. Unutmayın ki, Amerika İslam inqilabından böyük bir zərbə alıb və daxilində bunun kinini saxlayır. İslam inqilabı ərəfəsində İranın siyasətini, iqtisadiyyatını və nəyin necə olacağını amerikalılar müəyyənləşdirirdi. Onlar İran millətinin əzəmət və qüdrətindən qorxur və kin bəsləyirlər”.
Amerikanın İrana qarşı apardığı qara piar və media gücünə də toxunan Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, verilən yanlış məlumatlar və iftiralarla xalqların istiqamətləndirildiyini deyib: “Amerika hələ də özünü dünyada super güc kimi görür. Bu artıq həqiqət deyil. Onların texnologiyada mühüm bir gücə sahib olduqları doğrudur. Ancaq dünyada sözü eşidilən bir ölkə olmaq, ancaq söyləyəcək bir sözünüzün olması ilə mümkündür. Yəni fəlsəfə, məntiq və yeni bir fikir ilə.
ABŞ prezidentinin Aİ ölkələrindən bir az da səbr etmələri təqdirdə İranın məhv olacağını görəcəklərinə dair danışdığı xəbərini aldım. Bu mənə 40 il əvvəl yenə İslam respublikasının 6 ay ərzində məhv olacağını deyən sabiq ABŞ prezidentlərini xatırlatdı. Onlar bir-birilərinə bunun müjdəsini verirdilər. Bu gün İslam respublikası hələ də ayaqdadır və daha güclüdür.
İqtisadi sanksiyalar ölkəmizin milli iqtisadiyyatından daha kövrəkdir, milli iqtisadiyyatımız sanksiyaları qıracaq, Böyük Allahın dəstəyi sayəsində sanksiyalara qalib gələcəyik. Sanksiyaların uğursuzluğu ABŞ-ın məğlubiyyəti deməkdir. İran xalqı sanksiyaları məğlub edib ABŞ-a daha bir zərbə vuracaq”./deyerler/


 
 
 
 
 
 
 
 
  • Yazılıb
  • da (də) 2018 Oct 06
  • Göndərən مدير سايت Aran News