Ötən gün işğalçı İsrail ordu qüvvələri Qəzzada blokadaya etiraz olaraq keçirilən "Böyük qayıdış" yürüşünün iştirakçılarını atəşə tutub.
Arannews-Maide.Az istinadla xəbər verir ki, son məlumata əsasən, azı 3 fələstinli şəhid olub, onlardan biri azyaşlı uşaqdı. Hücum zamanı ən az 126 nəfər yaralanıb. İşağlçı İsrail rejim qüvvələri aksiya iştirakçılarına qarşı həqiqi güllələrdən istifadə edib. Yaralılardan 10-u qadın, 30-u isə uşaqdır. Yaralanmış fələstinlilərdən 7-sinin vəziyyəti ağırdır.