Tarix : 2008 Jul 05
Kod 5661

ERGENEKONUN QURBANLARI 53 OLUB

Hal hazırda istintaqın davam etdiyi və həbs edilənlər arasında bir neçə generalda var
Turkya Servisi/Aran Agentliyi
Türkiyədə Ergenekon adlı qeyri qanuni cinayətkar şəbəkə ilə əlaqəli həbs edilənlərin sayı artır.

İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə bir neçə gündür başlayan Eregenekon adlı gizli təşkilatla əlaqəli olan və cinayətlərdə iştirak etmiş tanınmış şəxslərdə daxil olmaqla həbs edilənlərin sayı 53 olub.

Verilən xəbərə görə həbs edilənlərdən bir neçəsi sərbəst buraxılıb.

Hal hazırda istintaqın davam etdiyi və həbs edilənlər arasında bir neçə generalda var.

Atatürkçülər bu həbsləri "Atatürkçülərə" ünvanlanmış siyasi həbslər saysada, Türkiyə Hüquq Mühafizə Xidməti əməkdaşları həbs edilənlərin əksəriyyətinin cinayət etdikləri artıq sübut edilmişdir.

Diqqətinizə çatdıraq ki, həbs edilənlərin içərisində hakimiyyəti güc yolu ilə devirmək istəyənlər də var.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 05