Tarix : 2018 Oct 10
Kod 56612

Bakı Azərbaycanın bir hissəsi olduğu kimi Qarabağ da Azərbaycan ərazisidir və bu ölkədən ayrılmaz

Culfanın imam cüməsi Ali Məqamlı Rəhbər həzrət Ayətullah əl-üzma Xameneinin “Qarabağın azad olunması yolunda hər kim həlak olsa, şəhiddir” bəyanatına toxunaraq vurğulayıb: “Müqavimət, qeyrət və şücaət Qarabağın azadlıq yoludur. Bakı Azərbaycanın bir hissəsi olduğu kimi Qarabağ da Azərbaycan ərazisidir və bu ölkədən ayrılmaz.”

AranNews - Araz Azad Zonası, Culfa şəhərinin imam cüməsi höccətül-islam vəl-müslimin Salar Səncəri instaqram səhifəsində “Qarabağ azad olacaq” başlıqlı foto paylaşaraq yazıb: “Aşurasayağı müqavimət Qarabağın azadlıq yoludur.”İmam cümə daha sonra yazıb: “Azərbaycan və Ermənistan hökumətləri öz qüdrətlərini göstərmək üçün xarici ölkələrlə dost münasibətlər yaradıblar. Qarabağ məsələsi həll olduqda Ermənistan Rusiyadan, Azərbaycan Amerikadan ayrılacaq. İmperializm supergücləri öz maraqlarını güddüyü üçün Qarabağ fitnəsini həll etmək istəmir.”Höccətül-islam Səncəri Qarabağ barədə referendumun keçirilməsi təklifini tənqid edərək yazıb: “Bu, çox gülünc bir təklifdir. Bakı Azərbaycanın bir hissəsi olduğu kimi Qarabağ da Azərbaycan ərazisidir və bu ölkədən ayrılmaz.”Culfa şəhərinin cümə xətibi Ali Məqamlı Rəhbər həzrət Ayətullah əl-üzma Xameneinin “Qarabağın azad olunması uğrunda hər kim həlak olsa, şəhiddir” fətvasına toxunaraq vurğulayıb: “Müqavimət, qeyrət və şücaət Qarabağın azadlıq yoludur. Azərbaycan siyasətçiləri məhərrəm və səfər aylarında bu ölkədə caz musiqi festivalı təşkil etmək əvəzinə Qarabağın azadlıq yolu olan Aşura mədəniyyətinin genişlənməsi üçün yol açsınlar.”


  • Yazılıb
  • da (də) 2018 Oct 10
  • Göndərən مدير سايت Aran News