Tarix : 2018 Oct 10
Kod 56628

"Məmməd bəyin azadlığına 2 gün qalmış şərlənməsi rejimin demokratik müxalifətə mesajı oldu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim həbs müddəti bitməsinə iki gün qalmış, sentyabrın 27-də cərimə təcridxanasına salındı. Penitensiar Xidmət M.İbrahimin cərimə təcridxanasına salınmasına onun yatağından kəsici-deşici alətin tapılmasının səbəb olduğunu bildirmişdi. Bu hadisə sosial şəbəkələrdə müzakirələr və tənqidlərə yol açıb.
Arannews-Xatırladaq ki, AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. 2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. 13 may 2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. 28 sentyabr 2016-cı il tarixdə Ali Məhkəmə bu qərardan verilən kassasiya şikayətini təmin etməyib. Məmməd İbrahim həbs müddəti bitməsinə iki gün qalmış, sentyabrın 27-də cərimə təcridxanasına salındı. Penitensiar Xidmət M.İbrahimin cərimə təcridxanasına salınmasına onun yatağından kəsici-deşici alətin tapılmasının səbəb olduğunu bildirmişdi. 2018-ci ilin 28 sentyabr tarixində Yasamal rayon məhkəməsi 317.2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, 6 aya qədər həbs) maddəsi ilə təqsirləndirilib, 2 aylıq həbs qəti imkan tədbiri seçib. Oktyabrın 4-də isə Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib.
  • Yazılıb
  • da (də) 2018 Oct 10
  • Göndərən مدير سايت Aran News