Xəbər Lenti

''Yazmışdım ki, zindanlarda adamlara zülm eləməyin, ona görə döyürdülər''

Azərbaycanda ən çox siyasi məhbus dindarlar arasındadır. Ən son siyahı

Qüds müftisi İslam dünyasına müraciət edib: Əqsa qarşısında vəzifənizi yerinə yetirin

Şeyx Sərdar Hacıhəsənli haqqında Vikipediya səhifəsi yaradılıb

Azərbaycan “QHT-lərin hüquqlarının pozulduğu ölkələr” sırasına daxil edilib

Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu

Sərhədin bu tayında

Daha bir AXCP üzvünün saxlandığı deyilir

İran Konstitusiyasına əsasən, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir

Avropadakı mühacirlər BMT-nin ofisi önünə toplaşıblar

Paşinyan xalqı yenidən yürüşə çağırd

Azərbaycan-R Ordusu Ermənistana məxsus taktiki PUA-nı məhv edib

Azərbaycan R-nın hərbi heyəti İran İslam Respublikası Ordusunun Komdanda-Qərargah Akademiyasında olub

İşçi Qrup: Azərbaycanda 127 siyasi məhbus var

Ərdoğan NATO-nu terrorçulara dəstəkdə ittiham etdi

Cəbhəçi Rövşən Quliyev həbs edilib

Qüdslü fəal: İsrail Qüdsü yəhudiləşdirmək üçün əlindən gələni edir

Prokuror AXCP üzvlərinə iş istəyib

Prokuror AXCP üzvlərinə iş istəyib

Bin Salman Hindistanda etirazla qarşılandı - FOTO

Cəbhədə düşmən təxribatı davam edir: Atəşkəs 29 dəfə pozulub

Ərdoğan hələ indi başa düşüb: ”Avropa İttifaqı Türkiyəni müsəlman ölkəsi olduğuna görə qəbul etmir”

Xəzəryanı ölkələr bu dənizdə başlanğıc xəttin təyini üçün səy göstərirlər

Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir (Yenilənib

Şeyxdən çeçen-azərbaycanlı davasına münasibət

Bəşər Əsəd 15 ay sonra ilk dəfə çıxış etdi

Rusiyada Azərbaycana qarşı növbəti təxribat

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Bakıda siyasi məhbuslara dəstək aksiyasına çağırılıb

Azərbaycanda hər dörd cütlükdən biri boşanır

Əsəd: Ərdoğan əslində amerikalılar üçün kiçik muzdlu əsgərdir

Paşinyandan müxalifətə: Ofisinizdə Rusiya bayrağını niyə asmırsız

Milli Şura mitinq təyin edib

124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Bəşər Əsəd Suriyada silahlı qruplara müraciət edib

HƏMAS: Varşava konfransı yalnız İsrailin maraqlarına xidmət edir

Novruzqabağı əfvlə "siyasi məhbuslar" azad edilə bilərmi

Ermənilərin Qaradağlı kəndində törətdiyi qətliamdan 27 il ötür

Bakı rəsmiləri Rusiyada azərilərlə çeçenlər arasındakı etnik dava barədə nigarançılıq ediblər

Milli Şura yenə mitinq təyin etdi

Arxiv
 
Tarix : 2018 okt 10     |     Kod : 56630

Əsassız imtiyaz əldə edənlərə qarşı ciddi mübarizə aparılacaq

Məcburi köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə edənlərə qarşı çox ciddi mübarizə aparılacaq.

Arannews-FaktXeber.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.İlham Əliyev bildirib ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək: "Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin".Dövlət başçısı vurğulayıb ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: "Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər".Prezident qeyd edib ki, bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir: "Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Bax, bu, görülən işlərin nəticəsidir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq".İlham Əliyev deyib ki, bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq:"Amma, eyni zamanda, biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək"


Açar sözlər : 

Yazılıb da (də)   2018 okt 10  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin