Xəbər Lenti

Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

Seyid Sədr tərəfdarlarını etirazlara səslədi

İran Azərbaycanın dollardan imtina etməsini istəyir

Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Gürcüstan höküməti etirazçıların tələbini qəbul etdi

ÇAVUŞOĞLU SƏRT DANIŞDI: ABŞ nə deyirsə desin

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Gürcüstan dağılır, Türkiyədə iqtidar-müxalifət bir-birini qırır. Çünki onların İlham Əliyev.

Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı

İstanbul seçkiləri: Ərdoğan İmamoğlunu təbrik etdi

Gəncə hadisələrinə görə həbs olunan şəxsin durumu pisləşib

Gürcüstanda etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar

Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi

Gürcü etirazçılar daxili işlər nazirinin istefasını tələb ediblər

Həccin vacib olmasının 3 əsas şərti

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir

Putin Gürcüstana uçuşları qadağan etdi

Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır

Mahir Salah: "Fələstinli qaçqınlar işinin ləğvinə icazə verməyəcəyik"

Ərdoğan İlham Əliyevə zəng edib

Azərbaycan R-nın nazirlər kabinetində dəyişiklik

İran və Türkiyə birgə əməkdaşlıq barədə strateji sənəd imzalayıblar

Etirazlar və qarşıdurmalardan sonra Gürcüstanda səs-küylü istefa

Hakim AXCP fəalının vəkilinə onun şəxsi işi ilə tanış olmağa imkan verməyib

Tehran və Bakı məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlıq edəcəklər

Qarabağ Komitəsinin sədri dəyişib

Gürcüstanda etirazlar: DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

Putin mümkün ABŞ-İran müharibəsi barədə danışdı

BMT: Yəmən tarixin ən pis insan faciəsini yaşayır

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı

Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

“Mursinin ölümü təbii olmayıb” – Ərdoğan

Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İşğalçı İsrail snayperinin vurduğu 7 aylıq qızcığazı ABŞ həkimləri xilas etdi

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

Mübariz İbrahimovun şəhadət günüdür

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

Arxiv Print RSS
 
Tarix : 2018 Oct 10     |     Kod : 56630

Əsassız imtiyaz əldə edənlərə qarşı ciddi mübarizə aparılacaq

Məcburi köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə edənlərə qarşı çox ciddi mübarizə aparılacaq.

Arannews-FaktXeber.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.İlham Əliyev bildirib ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək: "Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin".Dövlət başçısı vurğulayıb ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: "Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər".Prezident qeyd edib ki, bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir: "Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Bax, bu, görülən işlərin nəticəsidir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq".İlham Əliyev deyib ki, bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq:"Amma, eyni zamanda, biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək"


Yazılıb da (də)   2018 Oct 10  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap
 
', 'auto');ga('send', 'pageview');