Tarix : 2018 Oct 10
Kod 56634

Bəşşar Əsəd Suriyada geniş amnistiya elan etdi

Suriyanın prezidenti Bəşşar Əsəd Suriya ordusundan qaçanların hamısına amnistiya elan edib. Amnistiya Suriya xaricində olan şəxsləri də əhatə edir.
Arannews-SANA- xəbər verir ki, terror təşkilatlarının Suriyanın daxilində hərbi baxımdan məğlub edilməsilə birlikdə, razılaşma prosesi sürətlənib.

Suriyanın prezidenti Bəşşar Əsəd, ordudan qaçan insanlar üçün ümumi amnistiya elan edib. Dövlətə qarşı cinayət törədən şəxsləri əhatə etməyən amnistiya, ölkə xaricində olan insanlar üçün də qüvvədədir.

Amnistiyadan istifadə edə bilmək üçün qarşıdakı 4 ay ərzində müraciət etmək lazımdır. Bu müddət Suriyadan xaricdə olanlar üçün 6 ay olaraq müəyyən olunub.


  • Yazılıb
  • da (də) 2018 Oct 10
  • Göndərən مدير سايت Aran News