Beynəlxalq “Hüseyn kimdir (Who is Hussain) təşkilatı oktyabrın 8-i ABŞ-ın üç universitetində İmam Hüseynin (ə) insanlığa verdiyi mesajlarını praktiki cəhətdən canlandırmaq üçün bir sıra aksiyalar keçiriblər.
Arannews-"Deyerler.org"a istinadla xəbər verir ki, “Hüseyn kimdir” təşkilatının könüllüləri İmam Hüseynin (ə) adına xüsusi olaraq istehsal olunmuş su şüşəsi və Kərbəla faciəsindən bəhs olunan bukletlər hazırlayaraq, ABŞ-ın məşhur üç universitetində qurduqları stendlər vasitəsilə tələbələrlə görüşüblər. İlk stend Dirborn-Miçiqan Universitetində qurulub. Burada aksiyanın keçirilməsinə Ahlul-Bayt (ə) İslam Mərkəzinin fəalları da təşkilatçılara kömək olublar. İkinci stend isə, Müsəlman Tələbə Assosiasiyasının köməkliyi ilə Detroit Mərhəmət Universitetində təşkil olunub. Üçüncü stend də, Ann Arbor-Miçiqan Universitetinin həyətində qurulub. Hər üç universitetdə qurulan stendlərə tələbələrin böyük marağı olub. Könüllülər verdikləri ehsanlar və payladıqları sularla tələbələri İmam Hüseynin (ə) şəxsiyyəti və Aşura qiyamındakı amallarını çatdırıblar.
ETIKETLER : #HÜSEYN KIMDIR