Arannews-Hədəf14.az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, ötən gün İran Parlamentinin spikeri Əli Laricani Avrasiya ölkələri parlament rəhbərlərinin 3-cü iclası zamanı türkiyəli həmkarı Binəli Yıldırımla görüşüb.
Laricani İran, Türkiyə və Rusiyanın birlikdə Suriya böhranını həll etməsindən sonra ABŞ-ın daha çox narahat olduğunu açıqlayıb. Lakin İran və Türkiyənin onların qarşısında geri addım atmayacağını bldirib. “Ticarət, əməkdaşlığı münasibətləri möhkəmləndirmək üçün yaxşı bir fürsət yaradır. Biz bunu iki ölkənin maraqları üçün genişləndirməliyik”, - deyə Laricani bildirib.
“İran və Türkiyə heç zaman bir-birinə qarşı olmayıb. Lakin təəssüflər olsun ki, hər iki ölkə çoxtərəfli hücumlara məruz qalıb. Bu ondan irəli gəlir ki, Suriya münaqişəsinin həlli üçün İran, Türkiyə və Rusiyanın gördüyü işlər bəzilərini narahat edib”, - deyə Binəli Yıldırım qeyd edib.