Tarix : 2018 Oct 11
Kod 56638

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Oktyabrın 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Arannews-Daxili İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların da 20-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

  • Yazılıb
  • da (də) 2018 Oct 11
  • Göndərən مدير سايت Aran News