Tarix : 2018 Oct 11
Kod 56641

Almaniya: Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir

Almaniya hökuməti Dağlıq Qarabağ məntəqəsinin Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu bildirib.

Arannews-Bleacher Roport informasiya portalının verdiyi məlumata görə, Almaniya hökuməti çərşənbə günü Qarabağ münaqişəsi ilə bağlı mövqeyini elan edib və bildirib: Dağlıq Qarabağ məntəqəsi Azərbaycan Respublikasının tərkib hissəsidir.

Bu məlumata görə, Almaniya hökuməti bu ölkə parlamentindəki ifrat sağçı AFD fraksiyasının sorğusuna cavab olaraq bildirib: Berlin erməni qüvvələrin nəzarəti altında olan Dağlıq Qarabağı və 7 ətraf rayonu Azərbaycan torpağının bir hissəsi hesab edir.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1992-ci ildə Ermənistanın Azərbaycana hərbi hücumu ilə nəticələnib. 2 il davam edən müharibə dönəmində Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və daha 7 rayonu işğal edib. 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs bərqərar edilib. 1997-ci ildə isə münaqişənin həll edilməsi üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə Minsk qrupu yaradılıb. Amma, bu günə kimi münaqişənin həlli istiqamətində hansısa təsirli addım atılmayıb.

  • Yazılıb
  • da (də) 2018 Oct 11
  • Göndərən مدير سايت Aran News