Tarix : 2018 Oct 11
Kod 56644

Yəmən qüvvələri Səudiyyə rejiminin bir döyüş gəmisini tam məhv etdi

Yəmən ordusu və inqilabi xalq komitələri tərəfindən Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyaya aid bir döyüş gəmisinin Yəmən sahillərində hədəfə alındığı bildirilib.

Arannews-Deyerler.org Ansarollah-a istinadən xəbər verir ki, Ənsarullah qüvvələrinə yaxın hərbi mənbə Midi sahillərində vurulan döyüş gəmisindəki bütün işğalçı əsgərlərin öldürüldüyünü təsdiqləyiblər.

Səudiyyə rejiminin mənbələri indiyə qədər bu xəbərlə bağlı açıqlamalar verməyib.

Yəmən qüvvələri keçən həftə də Səudiyyə rejiminin Cizan limanındakı döyüş gəmilərinə qarşı bir əməliyyat keçirmişdi. Əməliyyatda Səudiyyə rejiminin sahil təhlükəsizlik qüvvələrinin qayıqlarının bəziləri məhv edilmişdi.


  • Yazılıb
  • da (də) 2018 Oct 11
  • Göndərən مدير سايت Aran News